Məqaləmi Susan Sontag-ın çox bəyəndiyim sitatı ilə başlamaq istəyirəm "I haven't been everywhere, but it's on my list"("Я ещё много где не была, но это в моем списке дел). Doğurdan da mən hələ bir çox yerlərdə olmamışam, lakin dünyanı səyahət etmək mənim ən əsas arzularımdan biridir.
Bu il isə səyahət etmək üçün seçdiyimiz ölkə Polşa oldu. Keçən il avqust ayında səyahət edərək havanın isti olmağı məni bir az yordu. Buna görə də bu il səyahətimiz üçün sentyabr ayını seçərək məncə ən düz addım atmış olduq. Həm də bəzi məsələlər elə gətirib çıxartdı. Nə isə, səyahətimiz Polşanın paytaxtı Varşavadan başladı. Hamımız demək olar bilirik ki, dünya müharibəsində Hitlerin əmri ilə şəhərin böyük hissəsi məhv edilmişdir. Və bu səbəbdən şəhər yenidən qurulmuşdur. Hətta yenidən bərpa edilən Qədim şəhər ( Stare Miasto ) belə özlüyündə tam olaraq qədimliyini əks etdirmir.
Şəhərlə tanış olmaq üçün isə bizim yalnızca 2 günümüz var idi.
-
Su pərisi
İlk öncə hava limanından avtobusla şəhərin mərkəzinə və ya hər hansı bir nöqtəsinə gəlmək istəyənlər üçün söyləyim ki, seçim var və rahatlıqla dayancaqda bileti alıb (biz 20 dəqiqəlik olan bileti seçdik-3,40 zloty) gedəcəyiniz məkanı elə yenə dayancaqda yazılmış avtobusların siyahısına baxaraq seçə bilərsiniz. İndi google.com/maps-in köməkliyi ilə istənilən məkana getmək üçün ayaqla, nəqliyyatla necə getmək lazım olduğunu seçmək mümkündür, lakin! Polşanın şəhərlərində demək olar ki, nəqliyyat bölməsi heçnə göstərmirdi. Və bu səbəbdən sizə yardım olacaq applicationu paylaşıram - Jakdojade - public transport. Beləliklə, biz otelə necə gedəcəyimizi artıq əvvəldən araşdırmışdıq və ona görə rahatlıqla otelimizə gəldik.
Polşanın öz yerli məzənnəsi var- Zloty. Və ona görə biz xərclik üçün əlimizdə olan dolları yerli valyutaya dəyişməli idik. Hava limanında bütün pulunuzu dəyişmək məsləhət deyil, bu səbəbdən səyahət etdiyimiz zamanda ən sərfəli dəyişmə məntəqəsi Warszawa Centralna- Varşava dəmiryol vağzalı oldu. Biz getdiyimiz dövrdə kurs - 1$=3,81 zl və aşağı. Sizə ilk əvvəl lazım olan məlumatları yazdım. Məqalənin sonunda yenə də Məlumat bölməsində ətraflə hamısını qeyd edəcəm.
Demək oteldən çıxıb biz yollandıq Stare Miasto tərəfə. Hava günəşli, eyni zamanda sərin idi. Belə hava isə çox xoş idi. Amma çətirinizi heç zaman yanınızdan əskik etməyin :) Yolboyu şəhəri tanımaqda idik. Qarşımıza bir neçə parklar çıxdı, bizim gəzdiyimiz park isə Ogrod Saski idi. Cəmi 4 km-dən sonra biz artıq Qədim Şəhərə gəlib çatdıq. Yuxarıda paylaşdığım şəkillərdə Varşavanın simvolu olan Su pərisi sayılır. Şəkildə isə məhz həmin simvolu əks etdirən heykəldir. Bura çatdıqdan sonra ara küçələrin hər biri sizi daha da maraqlı və gözəl yerə çıxarda bilər. Ona görə siz hara gedəcəyiniz bundan sonra özünüz seçməlisiniz. Ətrafı gəzdikdən və doyunca şəkillər çəkdikdən sonra hava qaralmağa, biz isə acdığımızı hiss etməyə başladıq. Meydana açılan ve terrasaları olan gözəl görünüşlü restoranlardan bir az kənar gəzmək lazım olduğunu səyahətimiz boyu anladıq. Dadlı yemək məkanlarının ara küçələrində bir az gizli yerdə yerləşdiyinə əmin olduq. Bizim seçdiyimiz restoranın adı Zapiecek adlı, çox dadlı yeməkləri olan bir məkan idi. Yeməkdən həzz alıb gəldiyimiz yolla geri döndük otelə. Sabah bizi Polşanın ən çox görmək istədiyim Krakov şəhəri bizi gözləyirdi..
-
Ogro Saski- park
Məlumat
- Warsawa Centralna ( Varşava dəmiryol vağzalı ) - 52.228735, 21.005891 - Aleje Jerozolimskie 54, Warszaw
- Ogrod Saski - 52.241260, 21.008382 - Marszałkowska, Warszaw
- Stare Miasto - 52.247153, 21.013517
- Arkadia Shopping Center(Mərkəzi Avropanın ən böyük shopping mərkəzi, shopping sevərlər üçün) - 52.257127, 20.985136- aleja Jana Pawła II
- Zapiecek ( Restoran) - 52.249318, 21.012243
Otelimiz 1 və ya 2 gecə üçün çox rahat seçimdi. Otaqlar təmiz və müasir dizaynla təmin edilmişdir. Yeri də rahatdı. Vağzaldan 10 dəqiqə uzaqlıqda yerləşir. Qədim Şəhərdən isə 4 km uzaqlıqda yerləşir. Aşağıdakı linkə keçərək booking.com-dan otel haqqında ətraflı oxuya bilərsiniz.
Qiymətlərə gəldikdə isə digər Avropa ölkələrinə nisbətən ucuz hesab etmək olar. Milləti o qədər də xarici vətandaşları sevmir və səninlə ingiliscə danışmağı üstün tutmur. Daha çox öz dillərinə üstünlük verirlər. Dilləri isə o qədər də çətin deyil. Rus dilinə oxşardır. Polşa dilində lazım olacaq kəlmələr:
- Salam -Dzień dobry!, Halo!
- Çox sağ ol - Dziękuję!
- Buyurun - Proszę