1939-cu il. Nasistlərlə dolu bir otaq. Führerin əmri ilə "Ölüm Düşərgəsi" salınması qərara alındı.
1940-cı il. Düşərgənin girişində düzülən və təntənəli şəklində musiqi alətlərində ifadə edən orkestr və gözləri işıqla parlayan nasistlər ilk qurbanlarını qarşılamaqda idilər.
2016-cı il. Budur mən həmən girişdən daxil oluram. Ətrafımda sanki hər şey canlanaraq qulağıma dəhşətləri pıçıldayır. Təsvir canlanır. Heçnədən xəbərsiz qurbanlar içəriyə doğru addımlamaqdadırlar..
1940-cı il. Qurbanlara əllərindəki çanta və yüklərini göstərilən yerə yığmaqları əmr edilir. Çarəsiz qurbanlar adlarını tələsik çantalarına yazırlar ki, bir müddət sonra geri aldıqda digər yüklər içərisində tapa bilsinlər.. Lakin hardan bilərdilər ki..
Digər bir əmr. Xəstələr, zəiflər, yaşlılar, əlillər sıraya düzülsün. Faşist nəzarətçi ilk onların hamama gedib təmizlənəcəklərini qışqırır. Hamamın girişində hər kəsin soyunmağı, qiymətli əşyalarını kənara qoymaqlarını, eynəklərini çıxarmaqları əmr olunur. Qurbanlar çarəsiz halda son olaraq ayaqqabılarını çıxardaraq "hamama" daxil olurlar.. Ayaqqabılar isə öz sahiblərini yola salır.. Bir daha görməyəcəkləri sahiblərini.. Qapılar bağlanır və "hamamın isti suyu işə salınır"..
11ci blok. Blokun (qırmızı kərpicli 2 mərtəbəli bina) bütün pəncərələri taxta ilə bağlıdır. Yalnız iki pəncərə açıqdır. Ən qorxulu blok idi qurbanlar üçün.
-
-
Qurbanların yerləşdirilməmişdən qabaq yatdıqları samanlıqdan ibarət "yataq". Bu balaca otaqda 400-dən çox insan qalırdı..
-
Nəzarətçinin otağı
-
Qurbanların adları və ölüm haqqında məlumat olan yazılarla dolu vərəqlər. Aralarında məsafə belə olmayan adlar..
Günlər. aylar, illər keçdikcə qurbanlar bir-bir digər qurbanlar ilə əvəz olunur. Lakin əvəz olunan qurbanlar bu "Ölüm düşərgəsi"ni tərk etmir..
Uzaqdan sobaların bacasından çıxan "qanlı" tüstü görünürdü.. Qurbanlar öz əlləri ilə o sobalara odun doldururdular..
İnsanlığın tarixi hələ belə bir qətliyyam görməmişdi. İnsanlığa qarşı edilən ən dəhşətli terror. Bu "Ölüm düşərgəsi" 2- 4 milyona qədər qurbanlar verdi
Uzun müddət sobanın bacalarından çıxan tüstü heç dayanmadı..
-
-
Məhz bu dəmiryolu ilə qatarda Qurbanlar gətizdirilirdi..
-
-
Barakalar.
Hal-hazırda o dövrün, o dəhşətin saxlanıldığı bu muzey hər kəs üçün bir dərs olmalıdır. Və hərbir şəxs bunu görməlidir. Hiss etməlidir. Anlamalıdır. Anlamalıdır ki, bir daha belə bir Terror heç zaman baş verməsin.
Taxir boyu sınaqlar nəticəsində sübut edilib ki, insanın digər insana qarşı həmişə sadistlik etmək istəyi içində olub. Və kiçik bir icazə, əmr lazımdır ki, İnsan ilk addımını atsın. Biz-insanlar heç bir zaman imkan yaratmamalıyıq ki, belə bir addımı istənilən təzyiq altında olsa belə ataq.
İnanın, yer üzündə hər kəsə çatacaq torpaq, sərvət, yemək, su və s. var. Sadəcə bölüşməyi, vaxtında doymağı bacarmalıyıq.
Hal-hazırda planetimizdə hər gün din, millətçilik, sərvət, torpaq və dünya üzərində 100-lərlə insan müharibənin, düşmənçiliyin qurbanı olur. Cahil olmaq lazım deyil, hər kəsin fikrinə hörmət etmək, seçimini qəbul etmək lazımdır. Və yer üzündə yaşayan hər bir canlının, əsasən də insanların əsas məqsədi Sülh olmalıdır. İnsan həyata gəlməyib ki, hansısa bir torpaq davasının, din davasının qurbanı olsun.
İllər keçir. İnsanlıq daha da geniş düşünməlidir. İnanın bizdən aslı olmayan heç bir şey yoxdur!..
2016-cı il. Yəhudi uşaqları Frisbee oynayarkən.
Məlumat
Auschwitz-Birkenau -muzeyi Krakovdan 60 km-lik aralıqda yerləşən Osvensim (Oświęcim) adlı kiçik bir şəhərdə yerləşir. Ora getmək üçün Krakov vağzalına gəlməlisiniz və kassadan ora gedən avtobuslara bilet almalısınız.
Biletin qiyməti - 3 $ təşkil edir. Lakin qayıtmaq üçün bileti siz muzeyin qarşısında olan avtobus dayanacağından Krakova gedən avtobusun özündən almalı olacaqsınız.
Muzeyə əgər tur vasitəsi ilə yox, yalnız öz vasitənizlə getmək istəyirsinizsə ( bu yol daha məsləhətlidir, sərbəst gəzə bilərsiniz və insan kütləsindən aslı olmursunuz ) səhər saat 10:00-a qədər orda olmağınız məsləhətlidir. O saata qədər giriş pulsuzdur. Əks halda 10-15:00 arası tur ilə girməli və bilet almalı olacaqsınız. Girişdə siz böyük bel çantalarını anbara təhvil verirsiniz ( 1 $ ).
Auschwitz 1-dən sizi Auschwitz 2-yə aparan pulsuz avtobuslar olacaq. Lakin əsas muzey Auschwitz 1-dir.
Əsas məlumatları sizə bildirdim. Çalışın Krakovda gəldikdə yarım gününüzü də olsa bura gəlməyə ayırın. Hər hansı bir sualınız olsa mənə yaza bilərsiniz.