İTALİYA, TREVİNANO - II

İTALİYA, TREVİNANO - AVQUST 2015 - I (Birinci hissəyə keçid)

Trevinanoda ilk səhərimizi qarşıladıq. Bütün gecə yağan yağışın torpaqlarda qoyduğu ətri otağa dolmuşdu. Aşağı mərtəbədə isə Simona bizim üçün səhər yeməyini hazır edirdi. Çəngəl, bıçaq səsləri gəlirdi. Simona bizi gülərüzlə : "Buongiorno" söylədikdən sonra, qəhvənimizi necə içmək istəyərik deyə sordu. Səhər yeməyində Simonanın özünün hazırladığı ev kökələri, ev qaymağı, cem və həyətlərində yetişdirdiyi təbii pomidorlar, gavalı, təbii şirə var idi. Bəlkədə bu səyahət zamanı yediyim ən gözəl, ən dadlı səhər yeməyi idi..
Səhər yeməyindən sonra Simonadan yaxınlıqda gedib görə biləcəyimiz yerləri sorduq. Təbiətdən ən yaxşı harada zövq ala bilməyimiz üçün xəritədə bir neçə yeri bizə göstərdi. Yolumuz müxtəlif kəndlərdən keçəcəkdi. Hava çiskinli idi. Yolboyu isə tez-tez dayanaraq Toskananın yaşıl sahələrinə baxaraq həzz alırdıq. Yolumuzdakı növbəti kənd Celle Sul Rigo idi. Bir fakta fikri verdim ki, burada kəndlərin özlərinə məxsus bayraq və gerbləri var. Kəndin səliqəsi, qayda-qanunu, insanların mehriban və gülərüzlüyü bizdə xoş təəssüratlar yaratdı. Simona bizə burada və hətta bütün dünyada məşhur olan Trattoria La Pace restoranını məsləhət görmüşdü. Biz də birdən-birə güclənən yağışda islanmamaq üçün həmin restorana üz tutduq. Restoran sahibləri bizi çox isti qarşıladı. Və buranın məşhur spaghettisini sifariş verdik. Ləzzətinə söz ola bilməzdi. Ona görə burada olsaz mütləq bu restorana baş çəkin.
Daha sonra yolun tam əksində yerləşən Bolsena gölünə getməyi qərara aldıq. Celle Sul Rigodan Bolsena gölünə 43 km idi. Təbiətin rəngarəngliyi və cürbəcür digər kiçik kəndlər yolboyu bizi darıxmağa imkan vermədi. İlk öncə sizə söyləyim ki, gölün bir sahili yabanı, digər tərəfi isə yerli əhalinin şəxsi sahəsi idi. Kənar şəxslər üçün isə yerlərin olduğunu Simona bizə söyləmişdi. Lakin vaxt azlığından biz həmən sahəni tapa bilmədik. Ona görə ilk əvvəl səhvən Private zonaya daxil olmuşduq. Məsələ də orasındadır ki, buranın Private olduğunu bildirən nə hündür hasar var idi, nə də bunu bildirən lövhəcik yox idi. Məhz bu səbəbdən şəxsi mülkiyyətə daxil olmuş kimi olduq. Hələ rahatlıqla da, maşını park etdik. Maşından  düşəndə isə çox mədəni şəkildə ( əyləncələrindən ayrılaraq) buranın şəxsi mülkiyyət olduğunu söylədilər. Uzun-sözün qısası qarşıda daxil ola biləcəyimiz kiçik bir sahədən gölü izlədik. Gölün şəffaflığından və səmanı əks etdirən mavi rəngindən və sakitçilikdən həzz aldıqdan sonra qaranlıq düşmədən Podere Ortoya yola düşdük. Bu dəfə isə yolumuzun uzunluğu 30 km təşkil edirdi. Biz Podere Ortoya çatdıqda dəhlizdə stolun üzərində Simona bizim üçün çaxır və rezerv etdiyi restoranın adını kiçik bir vərəqda qeyd edib bizə xoş istirahətlər arzuladığını yazmışdı. Axşam yeməyi üçün hazırlaşmağa getdik. Maşına minmək üçün həyətə çıxdıqda Bachy ilə oynamadan getmək mümkünsüz idi. 5 aylıq olmağına baxmayaraq kifayət qədər böyük və ağır idi. Məhz balaca olduğundan isə daim oynamaq üçün üzərimizə qaçaraq gəlirdi. 
Bu dəfə axşam yeməyini Podere Orto kimi digər bir ailənin qaldığı lakin eyni zamanda aşağı mərtəbəni restoran kimi işlətdiyi fermada yedik. Pizza, sobada bişən toyuq, Bruschetta sifariş verdik. Yeməyinin ləzzətli olduğunu söyləmək kifayət etməz, onun dadına baxmaq lazım olduğunu hətta mütləq dadmaq lazımdır söyləyəcəm. Biz yemək üçün oturduq. Leysan yağış yenidən tökməyə başladı. Yeri silkələyən göy gurultusunu hələ heç demirəm. Bir sözlə, burada son axşam yeməyimiz unudulmaz oldu. Restoran isə sizə söyləyim demək olar ki, tam dolu idi. Yenə də bizi tanımasalar belə üzbəüz axşam yeməyi yeyən italyanlar bizlərlə salamlaşdı, və getdikdə isə sağollaşdı. Səhər artıq yenidən Romaya qayıtmali idik. 
Podere Ortoda bu dəfəlik son səhər yeməyimizi yedikdən sonra buranın üzüm bağlarına baxmağa getdik. Simona bir az bizə çaxırın alınmasından və üzüm bağlarından danışdı. Sonda isə qəribə bir kədər, eyni zamanda sevinclə Simona və onun gözəl ailəsi ilə vidalaşaraq yola çıxdıq. Sonda söyləmək istərdim ki, İtaliyanın digər bir tərəfdən tanımaq mənim bu ölkə barəsində fikrimi demək olar ki, tamamilə dəyişdi. Və bu ölkəyə olan sevgim daha da artdı..

Gecəniz xeyrə qalsın, dostlar.. :)