Romaya gəlib çıxmağımız bizim üçün gözlənilməz oldu. Düzdür, İtaliyaya olan sevgim çox yeni yaranıb. Mən daha çox İngiltərə sevgisi ilə yaşamışam. Lakin son zamanlarda İtaliya ilə bağlı qarşıma çıxan bir çox faktlar, şəkillər mənim ona qarşı olan hisslərimi dəyişdi. Və sonda özümü Romanın aeroportunda tapdım. Burada keçirəcəyimiz zaman çox az idi. Cəmi iki gün.. İndi isə sizinlə iki gün ərzində Roma ilə tanışlığımı bölüşəcəm..
Aeroportdan Romaya yolumuz çox uzun idi. Aeroportun genişliyini, müxtəlif millətlərin sıxlığını nəzərə alsaq, daha sonra 30 km-lik yolu da üstünə gəlsək, biz təyyarədən endikdən sonra Romaya tam 3 saata çatdıq. İtaliyada olduğunu elə yerli əhalinin, işçilərinin mimikalarından, ünsiyyətindən, uzun, enerjili söhbətlərindən hiss etməyə başlayırsan. Üzün gülür. Ah.. İtaliya.., tarixi möhtəşəm Roma.. Burada olduğuna ilk əvvəl inanmırsan. Lakin səni şirin yuxudan isti, insan sıxlığı, uzun yol ayıldır. Bu barədə uzun danışmaq istəmirəm. İlk öncə söyləyim ki, mərkəzə getməyinin bir neçə yolu var.
- Taksi- hansı ki, sizi 60 euro-dan ucuz aparmayacaq. Üstəlik burada yükə görə də əlavə pul istəyirlər.
- Əvvəlcədən sifariş etdiyiniz transfer.
- Sürətli qatar- 15 euro
Digər üsüllar da mövcuddu, lakin çox uzun və narahatdı. Biz sürətli qatarla getməyi seçdik. Bir saata bizi Roma Termini-yə çatdırdı. Roma Termini mərkəz metrostansiya kimi sayıla bilər. Yolboyu qatarla getdikdə pəncərədən gördüyüm mənzərə heç də ürəkaçıcı deyildi. Roma Terminidə rastlaşdığım insan sıxlığı isə məni bir anlıq qorxutdu. Nə yalan deyim sıxlığı sevmirəm. Digər bir nüans isə цыган-ların sizi aldatmağıdır. Hər bir üsulla sizi aldada bilərlər. Biz belə bir hadisədə ayıq tərpəndik. Bunları sizi qorxutmaq üçün yazmıram. Sadəcə olaraq xəbərdarlıq edirəm. Belə hadisələr bir çox Avropa ölkələrində ola bilər. Lakin Romada bu günün günorta vaxtı adi insan sıxlığında da baş verir.
Bütün bu kədərli hadisələri Romanın mərkəzinə ayağımızı basdığımız an unutduq... Metrodan çıxdığım zaman ilk gördüyüm mənzərə : Mavi şəffaf sulu bir fontan və onun ətrafında sərinlənən insanlar. Şən gülüşlər, pozitiv, enerjili lakin yüksək səsli insanların ünsiyyəti Romada olduğunu sənə sübut edir. Otelə çatıb yerləşdikdən sonra tələsik Roma ilə tanış olmağa çıxdıq. Axşam saat 5 idi və vaxtımız o qədər də çox deyildi. Otelimiz demək olar ki, mərkəzdə yerləşirdi və pəncərəsi Romanın səsli küçələrinə açılırdı. Otelin yerləşdiyi küçədə isə tanınmış İtaliya dizaynerlərinin mağazaları yerləşirdi. Fashion sevənlər üçün ideal bir yer idi. Turistlər əllərində shopping paketləri ilə bir mağazadan digərinə keçirdilər.
Romada hər bir küçə səni tarixi bir abidəyə, möhtəşəm bir kilsəyə gətirib çıxardır. Tarixi binalar, abidələr kilsələr o qədər nəhəngdirlər ki, boynumuz yuxarıya baxmaqdan ağrayırdı. Və fotokameraya bütünlüklə yerləşdirmək qeyri mümkün idi. Ümümiyyətlə Romada bir fakta fikir verdim ki, burada demək olar ki, hər bir şey-abidə, sütunlar, küçə fonarları belə nəhəngdirlər. Romanın küçələridə gəzdikcə oxuduğum kitabların, izlədiyim kinoların qəhramanlarının yerində özümü təsəvvür edirdim.

Yol bizi Panteona gətirib çıxartdı. Panteon - "Tanrıların məbədi" sayılır. Burada İtaliyanın bir çox məşhur şəxsiyyətləri dəfn olunub. Tavanda olan nəhəng dairəvi dəlik isə məbədin xüsusi özəlliyidi. Günəş işiğı bu dəlikdən məbədi işıqlandırır. Və burada ona görə də heç bir pəncərə yoxdur. Məbəd yalnız bu nəhəng dəliklə işıqlanır. Və deyirlər ki, dəliyin altında insan dayansa, Tanrılar onun bütün günahlarını yuyacaq. Panteona giriş sərbəstdi! Kolizeyin buraya yaxın olduğunu araşdırdıqdan sonra ona tərəf yola düsdük. Və gəzərkən Sant İgnazio kilsəsinı rast gəldik. Kilsənin möhtəşəmliyini gördükdə gözlərimizi çəkə bilmədik. Tavanda rəssam öz əli ilə bir-bir şedevr yaradıb. Bir sözlə bu kilsəni nəzərdən qaçırmamağımıza çox sevindim. Kilsədən bir o qədər də uzaqda yerləşməyən Kolizeyə gəlib çatdıq. Kolizeyin daxilinə ekskursiya saat 17:00-da bağlandığından içəri daxil ola bilmədik. Möhtəşəm, kinoların qəhramanı, qədim tarixə malik olan Kolizeyin yanında olduğumuza bir anlıq inana bilmirdik. Daha sonra İtaliya mətbəxinin dadına baxmağının vaxtı gəldiyini hiss etdik. Yemək üçün yer axtararkən Julia Roberts-in iştahla spaghettini yediyi səhnəni bir anlıq xatırladım.
Küçələr bizi Piazza di Navonaya gətirib çıxartdı. Piaza Di Navona bir çox kino və kitabların əsas məkanı olub. Unutdum qeyd etməyə ki, Romaya ayağımızı basdığımız zaman cürbəcür küçə incəsənəti ilə rastlaşırdıq. Rəssamlar, aktyorlar, rəqqaslar, musiqi alətindən şedevr yaradanlar, gözəl səsi ilə opera oxuyanlar və s. Piaza Di Navonada isə günboyu küçə musiqiçiləri konsertlər verir, rəssamlar şedevr yaradır, canlı heykəllər isə insanları əyləndirir. Romada bir gün belə olsanız bura kofe içməyə gəlin, peşman olmayacaqsınız. Biz isə gözəl bir musiqiçinin səsindən həzz alaraq axşam yeməyimizi yedik. Mən trufilli tagliatellinin dadına baxdım. Bir sözlə mmmm... Uzun zamandı axşam yeməyindən bu qədər həzz almamışdım. Yorğun, lakin xoş təəssüratlarla otele geri döndük..
Səhəri kofe və kruasanla açdıq. Romada son günümüz idi, və dadını çıxartmağa tələsirdik. İlk əvvəl haqqında eşitdiyim və qarşıma tez-tez adı çıxan Borqeze villasına üz tutduq. Lakin ağlıma belə gəlməzdi ki, villanın yerləşdiyi ərazi, daha doğrusu park bu dərəcədə böyükdü. İtaliyanın paytaxtının səs-küyündən dincəlmək üçün ideal bir yer olduğuna əmin oldum. Yenə də nəhəng sütunlar, heykəllər, abidələr, fontanlar bizi yalnız və yalnız ən yüksəkliklərə baxmağa vadar edirdi. Ağaclar belə öz nəhəngliyi ilə heç də fərqlənmirdi. Borqeze villasında məşhur Borqeze qalleriyası yerləşir. Və ora giriş etmək üçün biletləri bir gün öncədən almaq lazımdır. Romanın küçələrində, parklarında gəzərkən vaxtın necə keçdiyini hiss etmək mümkün olmur. Məsafələr burada o dərəcədə böyükdür. Romada olub gelatonun dadına baxmamaq bir səhv olardı. Ona görə bu səhvi buraxmamaq üçün gelatonun dadmaq üçün mərkəzə doğru yola düşdük.
Öncədən internetden Kolizeyə bilet almışdıq. Belə daha rahat olacağını düşünmüşdük. Düzdü 2 euro artıq ödədik, lakin istidə uzun növbəni gözləmədik. Bir çoxları məni qınaya bilər lakin dağılmış tarixi abidənin möhtəşəmliyini ona baxdıqda yox, ona baxıb necə qədim olduğunu düşündükdə sənin üçün möhtəşəm olur. Kolizeyin daxilində olarkən mən bunu bir daha anladım. Kolizeydə abadlaşdırma işləri getdiyindən, digər tərəfdən isə turist axınının çox olduğundan, bu ekskursiya bizi sadəcə yordu. Yalnız düşündükcə ki, mən qladiotarların və vəhşi heyvanların döyüşdüyü, 50 min nəfərlik qədimi amfiteatrdayam, o zaman bütün bədənimdən üşütmə keçməyə başladı. Kolizeyin mərkəzində isə siz meydanın özünü görə bilməyəksəniz, çünki qazıntılar nəticəsində qladiotarların, heyvanların yerləşdiyi labirint kimi otaqları üzə çıxartmışdılar. Eləcə də Kolizeydə müxtəlif yırtıcı heyvan sümükləri tapılmışdı və kiçik muzey kimi daxilində yerləşdirilmişdir.
Koliezeyə gedən yolda isə qədim Roma imperiyasına aid Oktavian Avqustun və imperator Trayanın əmri ilə tikilmiş forumların qalıqlarını görmək mümkündür. Bu arada Trevi fontanını gözdən qaçırmaq olmazdı, lakin çox təəssüf ki, fontan abadlaşdırılırdı və bağlı idi. Bu ilin oktyabrında açılacağını söylədilər. Buna baxmayaraq insanlar oraya qəpik atmağa davam edirdi. Eləcə də biz bu şansı əldən qaçırtmadıq :) Günümüzü dadlı pizza ilə başa vurduq. Otelə doğru yola düşdük. Səhər biz uzun, lakin eyni zaman həvəslə gözlədiyim yola çıxacaq idik. Yolumuz Toskanaya idi!.. Bu barədə isə növbəti məqaləmdə:)
Sonda isə yenə məlumat və bəzi əlavələri qeyd edəcəm
Ümid edirəm hər kəs həftəsonunu gözəl, dadlı, üzündə təbəssümlə keçirəcək.. :)

Məlumat
- Piazza Di Spagna - 41.905901, 12.482316
- Sant Ignazio - 41.898717, 12.479911
- Pantheon - 41.898814, 12.476819
- Collosseum - 41.890698, 12.492284 - Online bilet almaq üçün - http://www.coopculture.it/en/colosseo-e-shop.cfm
- Piazza Navona - 41.899318, 12.473093
- Trevi Fountain - 41.901188, 12.483270
- Villa Borghese - 41.914203, 12.492018
Sonda isə Panteonun qarşısında gözəl ifa edən musiqiçinin videosunu sizinlə paylaşıram. Mən heyran olmuşdum..