Çexiyada səyahətdə olarkən, onun tarixi, kiçik, gözəl şəhəri olan Karlovı Varıya da baş çəkmək arzusunda idik. Ona görə Praqanın əsas qatar və avtobus vağzalına üz tutduq (Praqa haqqında məqaləmda Praqa vağzalının yeri haqqında informasiya vermişdim). Araşdırmalardan sonra Student Agency-dən istədiyimiz məlumatı alacağımızı başa düşdük. Vağzalda Student Agency-nin ofisini tapmaq çətin olmadı. İşçi bizə Karlovıya olan avtobusların vaxtının siyahısını təqdim etdi. Təəssüf ki, istədiyimiz zamanda avtobusla yalnız Karlovıya gedə bilərdik, lakin həmən gün geri qayıtmağa olan biletlər bitmişdi. Lakin o bizə, geri qatarla qayıda biləciyimizi söylədi. Buna görə isə biz qonşu ofisə keçib qatar biletlərini araşdırmalı idik. Həmin ofisdə isə biz çətinliklə işçiyə (ingiliscə və rusca bilmirdi) fikrimizi izah etdik. Nəhayət ki, biz geri qayıtmaq üçün biletlərimizi aldıq. Səhəri gün bizi o qədər də uzun olmayan yol gözləyirdi...
Səhər tezdən biz Student Agency-nin sarı avtobuslarına minmək üçün bizə yaxın olan dayanacağa gəldik. Vaxtından tez çatdığımız üçün kofe ilə desert alıb içməyi qərara aldıq. Və bu zaman elə mən Çexiyanın Marlenka adlı dadlı desertləri ilə tanış oldum. Daha doğrusu hamımızın yaxşı tanıdığı ballı tort idi. Lakin daha dadlı idi. Uzun sözün qısası yola düşmək vaxtı idi. Yolumuz iki saat yarım idi. Avtobus isə çox rahat idi. Avtobusda bizə içki, qulaqcıq, jurnal və qazet təklif edirdilər. Avtobusun pəncərələrindən isə gözəl mənzərə ilə həzz almamaq qeyri-mümkün idi. Mənim üçün bu bir həzz idi. Yol gedərkən ona görə heç darıxmadım. Avtobus gəlib çatdıqda biz əvvəl bilmədik ki, dəqiq çatmışıq, çünki hamı düşmürdü, lakin sonra bildik ki, Karlovı son dayanacaq deyildi. Beləliklə ayağımı avtobusdan yerə basdıqda tam başqa bir abu-hava məni tutdu. Praqadan tam fərqli.. Sakit.. Çox da isti olmayan, özünə məxsus havası məni çaşdırdı. Hava o qədər təmiz idi ki, maksimum ciyərlərimə doldurmağa çalışırdım. Şəhərlə tanış olmazdan əvvəl, biz vağzalın yerini öyrənmək üçün lazımı olan ofisi axtarmağa başladıq, əks halda qatarımızı qaçırdıb burada gecələyə bilərdik. İnformasiya məntəqəsində bizə lazımı xəritəni verdilər və çox gülərüzlə bizim hansı istiqamətdə şəhərlə tanışlığı başlamağımızı söylədilər.
Kiçik şəhər olduğundan bizə bir günün belə yetəcəyini söylədilər. Küçələrdə maşın arzuladığım kimi az, bu isə yəqin ki, əhalinin sayının az olmasından irəli gəlirdi. Karlovı yəqin ki, hamının eşidib bildiyi kimi, termal müalicəvi suları ilə məşhur olan kurort şəhəridi. SSRİ zamanında bir çoxlarının nənə, baba və hətta ana, ataları bura istirahətə gəlib.
İlk istiqamət Alžbětiny Lázně (Elizabeth Spa Baths) tərəfə idi. Karlovı şəhərinə gələn ilk istiqaməti buradan başlasa onun üçün daha rahat olar. Çünki buradan düz yol ilə getməklə bütün lazımı, maraqlı, görməli yerlərə çıxmaq mümkündür.

Qarşınıza ilk əvvəl ağ saray çıxacaq, hansı ki, özünün spa hovuzları ilə Karlovıda ən məşhurudur. Möhtəşəm binanın adı yuxarıda adını çəkdiyim məhz Elizabeth Spa Baths-di. Sarayın qarşısında gözəl güllərlə, yaşıllıqlarla bəzədilmiş park var idi. Sakinlər kölgəlikdə olan skamyalarda əyləşərək istirahət edirdilər. Yolumuza davam edərək, kiçik, şirin şəhərlə yavaş-yavaş tanış olurduq. Rəngarəng binaların arasından gedərkən çayla rastlaşdıq. Düz çay boyunca yuxarıya doğru yeridik. Vəəə.. Yenidən gözəl bir parka (Park Collanade gəlib çıxdıq. Bu park daha böyük, daha çox yaşıllıqlarla və güllərlə dolu idi. Hətta çaydan əlavə, parkın gölməçəsi də var idi.
Parkda istirahət edib, həzz aldıqdan sonra yolumuza davam etdik. Parkda bir çox rəssamlar mənzərəli və ya öz fantaziyalarını nəticəsi olan rəsmlər çəkirdilər. İstəyənlər isə o şəkilləri rəssamların razılığı ilə əldə edə bilərdilər. Parkdan sonra, kolonnalara gəlib çıxdıq. Şəhərin ən məşhur mərkəzi yeri sayılır (Old Louka Street ). Ağ, hündür sütunlardan ibarət olan bu kolonnada (Mill Colannade) hər gün orkestr əhaliyə pulsuz konsertlər verirlər. Biz də məhz belə bir konsertin üstünə gəlib çıxdıq. Onu da qeyd edim ki, tez-tez qarşımıza termal sulardan ibarət, isti, kükürdlü bulaqlar çıxırdı.
Termal suyun mərkəzini görmək üçünsə yerin altına ekskursiyalar mövcuddur. Vaxt azlığından biz bu ekskursiyadan istifadə edə bilmədik. Yerli kilsə ilə də tanış olduq. Kilsədə camaatı isə çox mehriban kiçik oğlan uşağı qarşılayırdı.

Ac olduğumuzu hiss etdiyimiz üçün yerli kafelərin birində nahar etmək qərarına gəldik. Çox dadlı sup və salatla doyduqdan sonra geri dönməyə başladıq. Onu da qeyd edim ki, geri qayıdarkən parkdan yenidən keçdikdə rəssamın birindən onun əsərini əldə etdim. Həmin əsərin əslinin isə Kanada da sərgidə yerləşdiyini öyrəndik.
Vağzal bir qədər uzaq olduğuna görə bir az tez şəhərlə sağollaşdıq. Qatarla yolumuz üç saat çəkəcəkdi. Kupemizə əyləşdikdə isə nostalji hisslər məni bürüdü. Eyni zamanda bir çox kinolardan epizodlar təsəvvürümdə canlandı :) Yolboyu gözəl mənzərələri, çay kənarındakı kiçik evlərin şirinliyini çox təssüf ki, qatarın sürətindən çəkə bilmədim. Mənim üçün Karlovı Varı çox şirin, sehirli, gözəl və nostalji hisslərlə dolu bir şəhər olaraq yaddaşımda qaldı..