- İlk şengen viza olduğuna görə Çexiya səfirliyini məsləhət gördülər.
- Praqanın çox gözəl şəhər olduğunu bir çoxlarından eşitmişdik, ələxsus baba bunu tez-tez vurğulayırdı.
Praqa. I gün
Ac olduğumuza görə yemək yeməyə yer axtarırdıq. Lakin ilk öncə pulları yerli valyutaya dəyişmək lazım idi. Dost-tanışlardan Pasaj adlanan yerdə valyutanı yüksək, sərfəli kursla dəyişə biləcəyimizi öyrənmişdik. Ünvanı daha sonra sonda yazacam. İşimiz bitdikdən sonra bir az əziyyətlə də olsa Kotleta adlı bir yer tapdıq. İsti, yol yorğunluğu, aclıq digər tərəfdən də şəhərlə tanış olmaq səbirsizliyi, bir sözlə hər şey qarışmışdı. Yeməyimizi bitirdikdən, sərinliyin dadını aldıqdan sonra çıxdıq şəhərlə ilk tanışlığımızı davam etdirməyə. Yolları tapmaqda bizə Google Map və GPS çox kömək oldu. Tripadvisor proqramı da öz köməyini əsirgəmədi. Şəhərdəki evlərin, kilsələrin, tarixi binaların arxitekturasını gördükdə Praqanın gözəl şəhər olduğuna bir daha əmin olduq. Kilsə, qəsrlər mənə Gothic abu-havasını verirdi və bu bir az da mənim xoşuma gəlirdi. Mustek stansiyasından minib Malostranska stasiyasına yola düşdük. Praqa qəsrinə baxmağa getməyə qərar almışdıq. Praqaya ən yuxarı təpədən baxmaq ən düzgünüdür deyə düşündüm. Metrodan çıxan kimi kiçik park gördük, mərkəzindəki kiçik fontanın ətrafında isə insanlar sərinlənirdi, uşaqlar suya girib oynayırdı, bəziləri isə otluqda dincəlirdi. Fontanın yanında isə təmiz bulaq suyu axırdı, hamı oradan su doldururdu. Lakin fontanın suyu da təmiz idi, içməli olmasa da. Budur parkdan çıxan kimi qəsrə aparan yolla yuxarıya doğru qalxmağa başladıq. Yavaş-yavaş qalxdıqca Praqanın gözəlliklərini görürdük. Kiçik kafelər yolun son kənarında bir-birini əvəz edirdi, orada oturub kofe içərək mənzərəli Praqaya baxmaq inanılmaz həzz idi.
Praqa qəsrinin ərazisi çox böyükdür. IX-X əsrlərdə yaradılıb. Praqa qəsri özündə məbədlər və bir neçə sayda binaları birləşdirir. Hər tərəf yaşıl, baxımlı bağlardan ibarətdi.
Praqanın gözəl mənzərəsi ilə həzz aldıqdan sonra Saint Vitus kilsəsinə doğru yola düşdük. Araşdırmışdıq ki, Praqa qəsrinin tərkibindəki ən məşhur kilsə sayılırdı və turist axınına səbəb olurdu.
Budur kilsənin ilk gördüyüm an ağzım sözün əsl mənasında açıq qaldı. Möhtəşəm, nəhəng, Gothic, bir sözlə gözəl idi Saint Vitus. Bir kadra yerləşdirmək belə mümkün deyildi, o qədər nəhəng və hündür idi. Gothic əhval ruhiyyəsi isə mənim ruhumu oxşamışdı. Bir neçə dəqiqə Saint Vitusun görünüşü ilə qidalanaraq, içərisini görmək üçün böyük həvəslə qapılarına doğru yollandıq. Lakin çox ama çox təəssüflər olsun ki, biz gecikmişdik. Saat 17:00-da kilsənin daxilinə ekskursiya bağlanırdı. Ümidimizi sındırmadıq, çünki turistlər hələ də bilet alırdılar amma kilsənin yalnızca təpəsinə qalxmaq üçün idi. Düşünmədən aldıq. Oh.. spiral şəklində pilləkənləri qalxdıqca nəfəsimiz kəsilirdi, lakin dayanmırdıq, mən artıq məqsədli idim. Təxminən 100 metrlik bir binanın təpəsinə dayanmadan dar, spiral şəklində pilləkənləri qalxmaq elə də asan deyildi ;) Dərin nəfəs aldıq və biz çatdıq. Xa! Praqaya baxmaq üçün başqa yüksək təpə axtarmaq lazım deyil, qarşınızda açılacaq mənzərə hər şeyə dəyər. Praqanın gözəlliyinə bir daha şahid oldum. Təmiz hava, gözəl mənzərə ilə özümüzü qismən doydurduqdan sonra gəldiyimiz yolla aşağıya düşməyə başladıq. Daha sonra yavaş-yavaş gəzərək otelimizə doğru yollandıq. Çox uzun, fərqli, yeniliklər və gözəlliklərlə dolu yorğun bir gün oldu.
-
Qəsrə gedərkən qarşımıza çıxan kiçik park
-
Qəsrdən Praqa mənzərəsi
-
-
Saint Vitus-un məhz bu pəncərəsi xüsüsi olaraq xoşuma gəlmişdi
-
-
Saint Vitus kilsəsindən Praqa mənzərəsi
Praqa. II gün.
Saatla da tanış olduqdan sonra məşhur Karlov körpüsünə (Charles Bridge və ya Karluv most) tərəf getməyə başladıq. Körpü boyu turist axını var idi. Körpüdə bir neçə küçə musiqiçiləri klassik musiqilərdən ifalar edirdilər, digər incəsənət adamları isə turistlərin, yerli əhalinin portretini və karikaturasını qısa bir zamanda çəkirdilər. Tərəddüd etmədən biz də kiçik bi xatirə olaraq karikatura çəkdirdik. Rəsmimizi çəkən Petranın-qadının əl qabiliyyəti hamını heyran edirdi, heç kim onun rəsmləri qarşısında dayanmadan keçmirdi, hamı öz şəklini və portretini çəkdirmək üçün sıraya düzülürdü. Karikaturamızı təhvil aldıqdan sonra yaxınlıqdakı Art cafe-də limonadla sərinləyərək digər gedəcəyimiz istiqaməti seçirdik. Çayın kənarındakı Gəmi-restron Marina Grossetoda nahar etməyə qərara aldıq. Çayın sərinliyi və gözəl mənzərə ilə naharımızı bitirdikdən sonra Praqanın Zoorparkına tərəf yola düşdük.
Bakıdakı zoorparkdan başqa zoorpark görmədiyimdən Praqanın zoorparkı mənə xoş təəssürat bağışladı. Təmizliyini, zənginliyini, ərazi böyüklüyünü görməməzlikdən gəlmək olmazdı. Vaxtın necə keçdiyini hiss etmədik heç. Zoorparkı gəzmək yarım günümüzü almışdı. Otelimizə gəlib dincəldikdən sonra gecə Praqaya baxmağa çıxdıq.
Praqa. III gün
Saraydan sonra otelimizə geri dönüb səhər axşam üçün reserv etdiyimiz Jazzboat çay turuna hazırlaşmağa başladıq. Bu tur canlı Jazz musiqisi və axşam yeməyi ilə təqdim edilir. Axşam yeməyini yeyərək çayın üzərindən gecə Praqaya baxmağın ləzzəti ayrı idi. Praqaya səyahətimizin bitməsinə bir gün qalsa belə, bu turun yaxşı bir nöqtə olduğunu düşündük.
Praqa Son gün
Beləliklə, Praqaya səyahətimiz başa çatmaq üzrə idi, ancaq, ümumilikdə isə səyahətimiz başqa şəhərlərlə hələ davam edəcəkdi.
-
Heykəl-İnsan
-
Məlumat
Pasaj. İslam küçəsi. Metro - Hlavní nádraží, C xətti.
- Praqa qəsri - 50.090855, 14.399737- Hrad, Praha 1. Metro- Malostranská, A xətti.
- Palladium - 50.089308, 14.429060- Metro - Náměstí Republiky, B xətti.
- Astrnomik Saat - 50.086986, 14.421634- Prague Astronomical Clock, Old Town Square, Praha 1. Metro- Staroměstská A xətti.
- Karlov körpüsü - 50.086472, 14.411346 - Karlův most, Praha 1. Metro- Staroměstská A xətti.
- Zoorpark - 50.122478, 14.406120 - oo Prague, U trojského zámku, Praha 7.
- Vlatava çayının mərkəzindəki kiçik parklar - 50.078883, 14.412971 ; 50.081279, 14.410096
- Wallenstein Palace - 50.090220, 14.405657 - Valdštejnský palác. Metro- Malostranská, A xətti.
- Memorial to the Victims of Communism - 50.081145, 14.403993
P.S. Əsas daxili və beynəlxalq dəmiryol və avtobus vağzalı. - 50.083202, 14.435293. Bəzi avtobusların (Student agency) dayancaqları isə başqa ünvanda da ola bilər. Biletləri buradan ala bilərsiniz.
- Kotleta Bar və restoran - 50.089919, 14.428889 Praha 1. - təxmini iki nəfərlik qiymət - 25 euro.
- Gəmi restoran- 50.089062, 14.413731 -Marina Grosseto Ristorante - təxmini iki nəfərlik qiymət - 50 euro.
- Gəmi turu, axşam yeməyi ilə birlikdə - http://www.jazzboat.cz - təxmini iki nəfərlik qiymət - 100 euro.
- İtalyan restoranı - U Templářů II- 50.081132, 14.405414 - təxmini iki nəfərlik qiymət - 30 euro.
- Yerli nəqliyyatla (tramvay, avtobus və metro) tez və rahat lazım olan məntəqəyə çatmaq mümkündür. Mənfi cəhəti isti havalarda kondisioner qoşmurlar. Lakin metro sərin olur. Bilet yarım saatlıq(24 kron), 1 günlük (110 kron), 3 günlük (320 kron), 1 həftəlik və s. satılır. Hər üç nəqliyyata keçərlidi. Bilet yoxlanılmır, lakin yoxlansa böyük miqdar cərimə ödənilir. Sui-istifadə etməyin.
- Yerli əhalinin yaşlı hissəsi rus və cavanları isə ingiliscə bilir, gülərüz və yardımsevərdirlər. Rahatlıqla, səbirlə sual etdiyiniz yeri başa salırlar.
- Havası təmiz, quru, hər yanı yaşılıqla dolu bir şəhərdi.
- Yerli pivələrin dadına baxmaq mütləqdir. Çex mətbəxini isə dadmaq məsləhət deyl. Yerli Sosislərindən hazırlanmış Hotdoglar isə mmmmm... :)
- Muzeylər əsasən 17:00da artıq bağlanır, restoranlar isə 21:00dan sonra yemək vermir.
- Rahat şəkil çəkmək istəyirsinizsə səhər 8:00 turistlərin sayı az olur.